Əsas xəbərlər
“Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ Bank VTB (Azərbaycan) ASC tender elan edir

Sığortanın inkişafı və S əyrisi (S-curve) – Uğur İbrahimli – TƏHLİL

Sığortanın inkişafı və S əyrisi (S-curve) – Uğur İbrahimli - <span style="color: #ff0000;">TƏHLİL</span>

“Meqa həyat sığorta”-nın idarə heyətinin sədri Uğur İbrahimli sığorta üzrə yeni təhlili

Fins.az təqdim edir:

“İnkişaf etmiş ölkələrdə sığorta mədəniyyətinin hansı səviyyədə olması və sığortaya olan tələbat bir çoxumuza məlumdur.

Bu ölkələrdə yaşayanlar sığorta məhsullarını gündəlik təlabat malı kimi alır və sığortadan yararlanır – avtomobil sahibi sığortası olmadan avtomobilini idarə etməyə risk etmir və ya ev sahibi əmlak sığortasını vaxtı vaxtında yeniləyir və s. Bəs inkişaf etməmiş və ya zəif inkişaf etmiş ölkələrdə nə üçün sığortaya maraq azdır? Nə üçün sığorta əlavə xərc sayılır? Bu məqalədə qeyd olunan məsələləri araşdırmağa və əhali gəlirləri ilə sığorta biznesinin inkişafını əlaqələndirməyə çalışacağıq.

Sığortaya olan tələbatın səbəblərini çox uzaqda axtarmaq lazım deyil. Hamıya məlum olan Maslou piramidası bu səbəbi aydın şəkildə izah edir. Maslou piramidası-na əsasən insanın ən əsas tələbatı yaşamaq üçün vacib sayılan fizioloji tələbatdır.

Sığortanın inkişafı və S əyrisi (S-curve) – Uğur İbrahimli - <span style="color: #ff0000;">TƏHLİL</span>
Maslou Piramadası

Bura qidalanmaq, suya, yuxuya, geyimə olan tələbatlar aiddir. İnsan fizioloji tələbatlarını normal qarşılaya bildiyi təqdirdə təhlükəsizliyi barədə də düşünməyə başlayır.

Sığortanın da daxil olduğu “Təhlükəsizlik” tələbatı “Fizioloji” tələbatdan sonrakı mərhələdədir. İndi təsəvvür edin, inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdə vətəndaş gündəlik qida və ya geyim tələbatlarını qarşılaya bilmirsə, təhlükəsizliyə, sığortaya olan hansı tələbatdan danışmaq olar?!

Sığorta bazarlarını daima analiz edən və müəyyən nəzəriyyələr ortaya sürən inkişaf etmiş qərb sığortaçıları əhali gəlirlərinin səviyyəsi ilə sığortanın inkişafının empirik əlaqəsini artıq sübut ediblər. Ölkənin adambaşına düşən ümumi daxili məhsulu ilə (GDP per capita) sığortanın nüfuzetmə faizini (insurance penetration rate) qarşılıqlı müqayisə edən bu əlaqə “S əyrisi” (S-curve) adlanır.

İlk dəfə İsveçrənin Swiss Re təkrarsığorta şirkətinin mütəxəssisləri tərəfindən araşdırılan və əsaslandırılan “S əyrisi” ilə aşağıdakı şəkildə tanış olmaq olar.

Sığortanın inkişafı və S əyrisi (S-curve) – Uğur İbrahimli - <span style="color: #ff0000;">TƏHLİL</span>

Şəkildən də göründüyü kimi, adambaşına düşən ümumi daxili məhsul artıqca, ümumi daxili məhsulda sığortanın da payı artır.

ABŞ, Kanada, Almaniya, İsveçrə kimi ölkələrdə adam başına düşən ümumi daxili məhsul 40 000 ABŞ dollarından artıqdır, sığortanın ÜDM-də payı isə 3-4% təşkil edir. Tanzaniya, Zimbabve və bu tipli digər inkişaf etməmiş ölkələrdə adam başına düşən ÜDM 1 000 ABŞ dollarından, sığortanın ÜDM-də payı isə 1%-dən də aşağıdır.

S əyrisinə diqqətlə nəzər yetirsək görərik ki, əyrinin elastikliyi adambaşına düşən ÜDM-nin 5 000 ABŞ dolları ilə 35 000 ABŞ dolları arasında olan ölkələrdə daha çoxdur.

Başqa sözlə desək, bu aralığa düşən ölkələrdə sığortanın inkişafı ölkənin inkişafını qat qat qabaqlayır. Çin bunun bariz nümunəsidir. Digər tərəfdən isə adambaşına düşən ÜDM-nin 5 000 ABŞ dollarında az və ya 35 000 ABŞ dollarında çox olduğu ölkələrdə elastiklik azdır və sığortanın inkişafı ilə ölkənin inkişafı demək olar ki, eyni həddədir. Az gəlirli, zəif inkişaf etmiş ölkələrdə əhalinin yaşayış səviyyəsinin aşağı olması və sığorta mədəniyyəti inkişaf etməməsi sığortanın da geridə qalmasına səbəbdirsə, bunun əksinə olaraq, yüksək inkişaf etmiş, əhali gəlirləri yüksək olan ölkələrdə sığortanın inkişafı artıq maksimum səviyyəyə çatıb və hətta bəzi təbəqə insanlar və iri müəssisələr üçün gəlirlilik o qədər yüksəkdir ki, risklərin sığortaya ötürülməsinə ehtiyac duyulmur (self retention). Bu səbəbdən də sığortanın inkişafı artıq demək olar ki, sabitdir və ölkə iqtisadiyyatının inkişafı ilə eyni tempdə davam edir.

Lakin, mütləq şəkildə qeyd etmək lazımdır ki, S əyrisindən yayınan, yəni ölkənin sürətlə inkişaf etməsinə baxmayaraq sığorta sektorunun zəif inkişaf etdiyi, və ya əksinə, özü zəif inkişaf etsə də, sığorta sektorunun sürətlə inkişaf etdiyi ölkələr var. Buna əsas səbəb S əyrisində vacib olan bəzi amillərin, məs: əhalidə sığorta mədəniyyətinin səviyyəsi, dinlə bağlı məsələlər (halal/haram), eləcə də dövlət dəstəkli sosial sığortaların və ya vergi güzəştləri nəticəsində həyat sığortasının sürətlə inkişaf etməsi və s. bu kimi məsələlərin nəzərə alınmamasıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda ümumi daxili məhsul ilə sığorta sektorunun inkişafı arasında əlaqə varmı?

Ölkəmizdə sığorta sektorunun inkişafı ilə adambaşına düşən ümumi daxili məhsulun artım tempini müqayisə etsək aşağıdakı mənzərə ilə qarşılaşmış olarıq:

Sığortanın inkişafı və S əyrisi (S-curve) – Uğur İbrahimli - <span style="color: #ff0000;">TƏHLİL</span>

Yuxarıda qeyd olunan rəqəmlər 2010-2014-cü illəri əhatə edir və qrafikdən də göründüyü kimi bu dövrdə sığorta sektorunun inkişafı adambaşına düşən ümumi daxili məhsulu qabaqlamışdır.

Bunun əsas səbəbi kimi bu dövrlərdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və daşınmaz əmlakın icbari sığortasını, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını və sərnişinlərin icbari sığortasını əhatə edən “İcbari sığortalar haqqında” qanunların qəbul edilməsi nəticəsində bu növlər üzrə sığorta haqlarının sürətlə artmasını, həyatın yığım sığortası üzrə qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştləri nəticəsində həyat sığortasının inkişafını və eləcə də 2010-2014-cü illərdə banklar tərəfindən verilən kreditlərin yüksək həcmi nəticəsində istər avtomobil, istər əmlak və girovla bağlı olan digər sığorta növlərinin də inkişafını göstərmək olar.

Əlbəttə ki, Azərbaycan üzrə qeyd olunan mənzərə 2014-ci ildən sonra tam dəyişir.

Neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank və maliyyə sektorunda baş verən hadisələr, kreditləşmənin sərtləşdirilməsi və digər bu kimi amillər təkcə adambaşına düşən ümumi daxili məhsulun aşağı düşməsinə deyil, həmçinin sığorta sektorunun da inkişaf templərinin zəifləməsinə səbəb olmuşdur.

Qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, ölkəmiz üzrə sığorta sektorunun inkişafı birbaşa olaraq ölkə iqtisadiyyatının inkişafından, əhali gəlirlərinin səviyyəsindən və icbari sığortaların tətbiqindən asılı olsa da, inkişafa təsir edən digər vacib amillər də mövcuddur. Bu amillərin əsasında isə postsovet ölkələri üçün ümumi problem olan sığorta mədəniyyətinin aşağı olması, əhalinin məlumatsızlığı və sığorta sisteminə olan inamsızlıq dayanır”.

SHARE THIS STORY

FacebookTelegramTwitter