Əsas xəbərlər
“Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ Bank VTB (Azərbaycan) ASC tender elan edir

“Sığorta şirkəti sonuncu sənədləri aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməlidir” – MÜSAHİBƏ

“Sığorta şirkəti sonuncu sənədləri aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməlidir” – MÜSAHİBƏ

Fins.az Azərbaycan Mərkəzi Bankının İstehlakçılar ilə iş departamentinin Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəisi Murad Məmmədovun müsahibəsini təqdim edir:

– Gələcəkdə hər hansı problemlə qarşılaşmamaq üçün vətəndaşlar tərəfindən sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir?

– Sığorta müqaviləsi bağlanan zaman vətəndaşlar aşağıdakılara diqqət edilməlidirlər:

1.Sığorta müqaviləsi və sığorta qaydaları diqqətlə oxunmalıdır;

2.Sığortalanan predmet və sığortalı barəsində məlumatların düzgünlüyünə diqqət edilməlidir;

3.Sığorta risklərinə və sığorta risklərindən istisnalara diqqət edilməlidir;

4.Sığortalanan predmet barəsində sığortaçıya düzgün məlumat təqdim edilməlidir;

5.Sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələrə diqqətlə yanaşılmalıdır;

6.Müqavilənin sizə aydın olmayan hissələri sığorta mütəxəssisi ilə aydınlaşdırılmalıdır;

– Sığorta şirkəti tərəfindən əmlak sığortası üzrə sığorta ödənişi hansı formada həyata keçirilir və sığorta ödənişi neçə günə verilməlidir?

-Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər.

– zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

– sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;

– sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;

– sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnamə əsasında idarə edən şəxs olmuşdursa, sığorta ödənişinin sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası və sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.

Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən ödənişin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

– Dəymiş zərərlə bağlı sığortaçının təklif etdiyi məbləğlə tərəflər arasında razılıq əldə olunmadıqda mübahisə necə tənzimlənir?

-Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə Mərkəzi Bankın müəyyən etdiyi reyestrdən seçilmiş müstəqil ekspert tərəfindən aparılır.

"Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aparılır. Bununla əlaqədar //www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə keçid etməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.

Müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə bağlı razılıq əldə olunmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.

– Vətəndaşlar Mərkəzi Banka hansı üsullarla müraciətlərini ünvanlaya bilərlər?

Vətəndaşlar Mərkəzi Banka və ya onun vəzifəli şəxsinə şəxsən və ya qanuni nümayəndə vasitəsilə fərdi və ya kollektiv formada yazılı qaydada, qəbula yazılmaqla və telefon vasitəsilə müraciət edə bilərlər.

Yazılı müraciətlərə Mərkəzi Bankın inzibati binalarının yerləşdiyi Bakı şəhəri, R.Behbudov küçəsi 90 və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanlarına poçt vasitəsilə kağız daşıyıcıda məktub ünvanlamaqla və elektron məktubla edilən müraciətlər aid edilir. Elektron müraciətlər vətəndaşlar tərəfindən Mərkəzi Bankın rəsmi internet saytına daxil olmaqla “Elektron müraciətlər sistemi” vasitəsilə təklif, ərizə və şikayətlər göndərilərək edilir. Mərkəzi Banka ünvanlanmış elektron müraciətin icrası barədə bildirişlər müraciət edən şəxsin qeyd etdiyi elektron poçtuna avtomatik qaydada göndərilir.

Mərkəzi Banka müraciət edilməsinin üsullarından biri də vətəndaşların Mərkəzi Bankın rəhbər şəxsləri və müvafiq struktur bölməsinin əməkdaşı tərəfindən qəbuludur. Mərkəzi Bankda vətəndaşların qəbulu üsullarından biri olan videoqəbul “Skype” proqramı vasitəsilə həyata keçirilir. Videoqəbulda iştirak etmək istəyən istehlakçılar Mərkəzi Banka rəsmi qaydada məktub ünvanlamaqla, Mərkəzi Bankın qaynar xəttinə zəng etməklə və “Whatsapp” nömrəsinə mesaj yazmaqla məlumat verə bilərlər.

Vətəndaşlar paralel  olaraq telefon vasitəsilə də Mərkəzi Banka müraciətlərini ünvanlaya bilərlər. Bunun üçün vətəndaşlar Mərkəzi Bankın (+994 12) 966 Qaynar xətti və (+994 12) 493 50 58 şəhər nömrəsi ilə əlaqə saxlayaraq təklif, şikayət və sorğularını şifahi şəkildə ünvanlaya bilərlər.

– Sığorta sektoru üzrə Mərkəzi Bank tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar əlavə hansı addımlar atılmışdır?

-Müraciətlərin araşdırılması zamanı hüquq pozuntusu aşkarlandığı hallarda sığorta şirkətlərinə pozulmuş hüquqların bərpası məqsədi ilə icrası məcburi göstərişlər verilir. Müraciətlərin tənzimlənməsi zamanı normalar arasında ziddiyyət olduqda, hüquq boşluğuna rast gəldikdə sığorta sahəsində mövcud qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təkliflərlə çıxış edilir.

İstehlakçıların maliyyə xidmətləri sahəsində qarşılaşdığı suallar və problemlər  barəsində məlumat əldə etməsi, sorğu və şikayətlərini bildirməsi üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə respublika ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə vətəndaşlarla rəsmiləşdirilmiş müqavilələrdə Mərkəzi Bankın “966” qaynar xəttinin qeyd olunması və həmin təşkilatlara onların inzibati binalarında (filial, nümayəndəliklər) “966” qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş və icrasına dair monitorinq aparılmışdır. Monitorinq nəticəsində “966” qaynar xətti barəsində məlumatın sığorta şirkətləri ilə vətəndaşlar arasında rəsmiləşdirilmiş müqavilələrdə qeyd olunması təmin edilmiş və müvafiq qeydiyyatın aparılması təsdiqini tapmışdır.

Bundan əlavə Mərkəzi Bankın rəsmi saytında Maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinə aid bölmədə “Ən çox verilən suallar-cavablar” yarımbölməsində sığorta sektoru ilə bağlı ən çox verilən suallar cavablandırılmışdır. Müraciətlərin təhlili zamanı qarşılaşdığımız aktual məsələlərə dair maarifləndirici videoçarxlar hazırlanmışdır.

Qeyd olunanlarla yanaşı mövcud problemlərin aradan qaldırılması istiqamətində sığorta şirkətləri ilə görüşlər təşkil olunur və müzakirələr aparılır. Marja.

SHARE THIS STORY

FacebookTelegramTwitter