SIĞORTA

29 Oktyabr

Azərbaycanda əmlak sığortası üzrə yığım və ödənişlər artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətləri 182,665 milyon manat sığorta haqqı toplayıblar. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon manat və ya 9,8% artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə əmlak sığortası üzrə ödənişlər 31,329 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7,7 milyon manat və ya 32,6% artım deməkdir.

Qeyd olunur ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin ümumi xətti ilə yığımları 1,157 milyard manat, həyata keçirdikləri ümumi ödənişlər isə 683,896 milyon manat olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13%23,5% artım nümayiş etdirir.

Fuad Mədətov
Finss.az