2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,157 milyard manat sığorta haqqı yığılıb.
Finss.az-ın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 133,5 milyon manat və ya 13% artım deməkdir.
Dövr ərzində ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC olub – 530,8 milyon manat. İkinci yerdə “Paşa Sığorta” ASC (272,9 milyon manat), üçüncü yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC (81,1 milyon manat) qərarlaşıb.
Cari ilin ilk doqquz ayı üzrə sığorta yığımlarının şirkətlər üzrə renkinqi aşağıdakı kimidir:
| Şirkət adı | Məbləğ (min manat) |
|---|---|
| Paşa Həyat Sığorta | 530,839 |
| Paşa Sığorta | 272,931 |
| Atəşgah Həyat Sığorta Şirkəti | 81,124 |
| Qala Sığorta | 63,925 |
| Atəşgah Sığorta Şirkəti | 48,677 |
| Meqa Sığorta | 25,693 |
| Azərbaycan Sənaye Sığorta | 24,760 |
| Qala Həyat Sığorta Şirkəti | 22,742 |
| Xalq Sığorta | 20,538 |
| Aqrar Sığorta | 15,747 |
| Meqa Həyat Sığorta | 12,340 |
| A-Qroup Sığorta Şirkəti | 11,159 |
| Xalq Həyat Sığorta Şirkəti | 8,393 |
| AtaSığorta | 7,541 |
| AzSığorta | 6,358 |
| İpək Yolu Sığorta | 4,488 |
Fuad Mədətov
Finss.az
