2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 122,5 min nəfərdən və ya 2,3 %-dən çox artıb.
Finss.az Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsaəsn xəbər verir ki, 2025-ci ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 mln. 286 min nəfərdən çox təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 136 min nəfərdən çox və ya 2,73 % artıb. Beləliklə, 2024-cü ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5,1 milyon nəfər təşkil edib.
Fuad Mədətov
Finss.az