SIĞORTA

09 Oktyabr

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-AVQUST/2025

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 603,414 milyon manat sığorta ödənişi edilib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 105,1 milyon manat və ya 21,1% artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (375,6 milyon manat) olub. İkinci yerdə 90,4 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 42 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi belədir:

Şirkətin adı Məbləğ (min manat)
Paşa Həyat Sığorta 375,641
Paşa Sığorta 90,426
Atəşgah Həyat Sığorta Şirkəti 42,033
Atəşgah Sığorta Şirkəti 26,350
Qala Sığorta 17,174
Meqa Sığorta 10,508
Azərbaycan Sənaye Sığorta 8,038
A-Qroup Sığorta Şirkəti 7,180
Xalq Sığorta 6,763
Aqrar Sığorta 4,850
Xalq Həyat Sığorta Şirkəti 3,855
AtaSığorta 3,599
Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti 3,550
Qala Həyat Sığorta Şirkəti 2,109
AzSığorta 1,200
İpək Yolu Sığorta 136

Fuad Mədətov
Finss.az