SIĞORTA

09 Oktyabr

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-AVQUST/2025

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətləri xətti ilə 1,048 milyard manat sığorta haqqı yığıblar, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 120 milyon manat və ya 12,9% çoxdur.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (481,5 milyon manat) olub. İkinci yerdə 247,9 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 73,1 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqi belədir:

Şirkət adı Məbləğ (min manat)
Paşa Həyat Sığorta 481,472
Paşa Sığorta 247,942
Atəşgah Həyat Sığorta Şirkəti 73,158
Qala Sığorta 58,516
Atəşgah Sığorta Şirkəti 42,709
Meqa Sığorta 22,887
Azərbaycan Sənaye Sığorta 21,662
Qala Həyat Sığorta Şirkəti 21,063
Xalq Sığorta 18,052
Aqrar Sığorta 15,395
Meqa Həyat Sığorta 10,849
A-Qroup Sığorta Şirkəti 10,585
Xalq Həyat Sığorta Şirkəti 7,211
AtaSığorta 6,670
AzSığorta 5,732
İpək Yolu Sığorta 4,173

Fuad Mədətov
Finss.az