SIĞORTA

02 İyul

“Atəşgah” Sığorta Şirkəti ASC-nin bu ilin ilk 5 ay göstəriciləri açıqlanıb

2025-ci ilin yanvar-may aylarında “Atəşgah” Sığorta Şirkəti ASC 25 milyon 764 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 892 min manat və ya 17,8% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 21 milyon 872 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Atəşgah” ASC 16 milyon 623 min manat sığorta ödənişi həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 969 min manat və ya 92,1% artım deməkdir. Ötən ilin eyni dövründə şirkətin sığorta ödənişləri 8 milyon 654 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az