2025-ci ilin yanvar-may aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 49 milyon 604 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 124 min manat və ya 25,6% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 39 milyon 480 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Atəşgah Həyat” ASC 22 milyon 176 min manat sığorta ödənişi həyata keçirib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 893 min manat və ya 4,2% artım deməkdir. Nəticədə, ötən ilin eyni dövründə şirkətin sığorta ödənişləri 21 milyon 283 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az