SIĞORTA

04 İyun

“Bakı Kristal Zalı” 75 əməkdaşının tibbi sığortalanması üçün tender elan etdi

Finss.az - Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Kristal Zalı” MMC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

Sığorta xidmətləri üzrə keçiriləcək satınalma proseduru ümumilikdə 75 nəfəri əhatə edəcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər üçün iştirak haqqı 82 manat müəyyən olunub. Maraqlanan iddiaçılar təkliflərini 30 iyun 2025-ci il tarixinə qədər Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim etməlidirlər.

Təklif zərfləri həmin gün, 30 iyun saat 15:00-da elə həmin ünvanda açılacaq.

Satınalma çərçivəsində aşağıdakı sığorta paketlərinin əldə olunması nəzərdə tutulur:

  • 65 əməkdaş üçün “Standart” paket – hər biri üçün 15 000 manatlıq tibbi sığorta;

  • 6 əməkdaş üçün “Gümüş” paket – hər biri üçün 20 000 manatlıq tibbi sığorta;

  • 4 əməkdaş üçün “Qızıl” paket – hər biri üçün 25 000 manatlıq tibbi sığorta təminatı.

Tenderin qalibi, təqdim olunan şərtlər və təkliflər əsasında müəyyən olunacaq və qalib şirkətlə tibbi sığorta müqaviləsi imzalanacaq.