SIĞORTA

03 İyun

“Aqrar Sığorta” 9.4 milyon manat sığorta haqqı toplayıb

2025-ci ilin yanvar-aprel aylarında “Aqrar Sığorta” ASC 9 milyon 405 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 25 min manat və ya 12% artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə şirkət 8 milyon 380 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında 3 milyon 26 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da 998 min manat və ya 49% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 2 milyon 28 min manat olub.

Fuad Mədətov
Finss.az