2025-ci ilin yanvar-aprel aylarında “Xalq Sığorta” ASC 9 milyon 742 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 179 min manat və ya 29% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprel aylarında şirkət 7 milyon 563 min manat sığorta haqqı toplayıb.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin ilk dörd ayında “Xalq Sığorta” 2 milyon 797 min manat sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 183 min manat və ya 30% azalma deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprel aylarında şirkət 3 milyon 980 min manat sığorta ödənişi edib.
Fuad Mədətov
Finss.az