SIĞORTA

27 May

Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 151,4 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 10,8 milyon manat və ya 7,7% çoxdur.

Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 40,3 milyon manat təşkil edib. Bu, 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 1,1 milyon manat və ya 2,9% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə ümumilikdə 588,5 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir.

Fuad Mədətov
Finss.az