2024-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətləri üzrə xərcləri 1,5 milyon manat təşkil edib. Bu barədə Trend agentliyi AMB-yə istinadən məlumat yayıb.
Məlumata görə, bu göstərici 2023-cü ilin sonu ilə müqayisədə 66,4% və ya 592 min manat artım deməkdir. Belə ki, ötən ilin sonunda bu xərc 891 min manat olub.
Bununla yanaşı, AMB-nin icbari tibbi sığorta üzrə ayırmaları da artaraq 758 min manata çatıb. Bu, əvvəlki illə müqayisədə 95 min manat və ya 14,3% artım deməkdir.
Xatırladaq ki, 2023-cü ilin sonunda bu məbləğ 663 min manat idi.
Fuad Mədətov
Finss.az