2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kredit sığortası üzrə sığorta ödənişlərinin məbləği 29 min manat olub.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ki, bu da əvvəlki rüblə müqayisədə 1 min manat və ya 3,6% artım deməkdir.
Qeyd edək ki, cari ilin ilk dörd ayında Azərbaycanda sığorta şirkətləri tərəfindən ümumilikdə 588,5 milyon manat sığorta haqqı toplanıb. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8,4% artım deməkdir.
Sığorta ödənişlərinə gəldikdə isə, 2025-ci ilin yanvar-aprel aylarında sığorta şirkətləri tərəfindən 231,3 milyon manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Fuad Mədətov
Finss.az