Finss.az - Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev əhalinin tibbi xidmətlərə əlçatanlığının artması ilə bağlı vacib məlumatlar verib.
Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digər xidmətlər xidmətlər zərfi çərçivəsində qarşılanır.
Eyni zamanda, sığorta çərçivəsində, resept əsasında ürək və tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta ilə qarşılanması planlaşdırılır. Bu dəyişikliklər, ölkədə tibbi xidmətlərin daha əlçatan olmasına və əhalinin sağlamlıq xidmətlərindən daha geniş faydalanmasına imkan yaradacaq.
© apa