2025-ci ilin yanvar-mart aylarında “Meqa Həyat Sığorta” ASC-nin topladığı sığorta haqları 3 milyon 731 min manat olub.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 769 min manat və ya 90,16% artım deməkdir. Ötən ilin ilk rübündə şirkət yalnız 1 milyon 962 min manat sığorta haqqı toplayıb.
Həmçinin, hesabat dövründə şirkət tərəfindən ödənilən sığorta məbləği əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk üç ayında ödənilən məbləğ 706 min manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 666 min manat və ya 1 665% artım deməkdir. 2024-cü ilin yanvar-mart aylarında şirkət yalnız 40 min manat sığorta ödənişi edib.
Fuad Mədətov
Finss.az