2025-ci ilin yanvar-mart aylarında “Xalq Sığorta” ASC tərəfindən toplanan sığorta haqları 7 milyon 647 min manat təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 927 min manat və ya 33,68% artım deməkdir. 2024-cü ilin ilk rübündə şirkətin topladığı sığorta haqları 5 milyon 720 min manat olub.
Hesabat dövründə şirkətin həyata keçirdiyi sığorta ödənişləri isə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu ilin ilk üç ayında müştərilərə ödənilən məbləğ 1 milyon 808 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 209 min manat və ya 40,07% azalma deməkdir. 2024-cü ilin yanvar-mart aylarında bu göstərici 3 milyon 17 min manat səviyyəsində idi.
Fuad Mədətov
Finss.az