2025-ci ilin yanvar-mart aylarında “Paşa Sığorta” ASC 114 milyon 882 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründə qeydə alınan 115 milyon 946 min manatla müqayisədə 1 milyon 64 min manat və ya 0,92% azalma deməkdir.
Sığorta ödənişlərində də oxşar tendensiya müşahidə olunur. Hesabat dövründə şirkət 27 milyon 676 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 430 min manat və ya 1,53% azalmadır.
Fuad Mədətov
Finss.az