2025-ci ilin yanvar-mart aylarında “Meqa Sığorta” ASC tərəfindən toplanan sığorta haqqı 7 529 min manat təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 018 min manat və ya 21,14% azalma deməkdir. 2024-cü ilin yanvar-mart ayında şirkət 9 547 min manat sığorta haqqı toplayıb.
Digər tərəfdən, şirkət tərəfindən həyata keçirilən sığorta ödənişləri 2025-ci ilin yanvar-mart ayında 3 428 min manat olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 2 952 min manat təşkil edirdi. Beləliklə, ödənişlərdə 476 min manat və ya 16,14% artım baş verib.
Fuad Mədətov
Finss.az