2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən 8 640 min manat məbləğində sığorta haqqı toplanıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Şirkət ötən ilin analoji dövründə 6 713 min manat sığorta haqqı toplayıb. Beləliklə, illik müqayisədə sığorta haqlarında 1 927 min manat və ya 28,71% artım qeydə alınıb.
Sığorta ödənişlərinə gəldikdə, 2025-ci ilin yanvar-mart aylarında şirkət tərəfindən 2 785 min manat məbləğində ödəniş həyata keçirilib. Bu göstərici 2024-cü ilin eyni dövründə 2 115 min manat təşkil etmişdi. Beləliklə, sığorta ödənişləri üzrə artım 670 min manat və ya 31,68% səviyyəsində olub.
Fuad Mədətov
Finss.az