SIĞORTA

29 Aprel

"A-Qroup Sığorta Şirkəti"nin yanvar-mart dövründə topladığı sığorta haqqı və ödənişlər açıqlanıb

2025-ci ilin yanvar-mart aylarında “A-Qroup Sığorta Şirkəti” ASC 4 385 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603 min manat və ya 12,09% azalma deməkdir. 2024-cü ilin yanvar-mart ayında şirkət 4 988 min manat sığorta haqqı toplayıb.

Hesabat dövründə sığorta ödənişləri isə 2 420 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 841 min manat və ya 25,79% azalma göstərir. 2024-cü ilin yanvar-mart ayında şirkət 3 261 min manat sığorta ödənişi edib.

Fuad Mədətov
Finss.az