2025-ci ilin birinci rübü ərzində Azərbaycanda həyatın yaşam sığortası üzrə sığorta şirkətləri tərəfindən 168,5 milyon manat sığorta haqqı toplanıb.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,5 milyon manat və ya 16,2% artıb. Eyni dövrdə, həyat sığortası üzrə sığorta ödənişləri 107,4 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 12,2% artım təşkil edir.
2024-cü ilin yanvar-mart aylarında həyat sığortası üzrə yığımlar 145 milyon manat, ödənişlər isə 95,7 milyon manat olmuşdu.
Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur. Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artım deməkdir.
Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.
Fuad Mədətov
Finss.az