SIĞORTA

07 Fevral

Azərbaycanda könüllü avtonəqliyyat sığortası üzrə yığımlar 20%, ödənişlər 14% artıb

Azərbaycanda 2024-cü il üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

Fins.az Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə yığımlar 66 milyon 32 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 160 min manat və ya 20% çoxdur.

2023-cü ildə isə ümumilikdə bu göstərici 54 milyon 871 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 23 milyon 296 min  manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 863 min manat və ya 14% çoxdur.

Əvvəlki ilin eyni dövründə 20 milyon 433 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 35% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.

Fuad Mədətov
Fins.az