SIĞORTA

15 Aprel

Ötən il sığorta sektoru yüksək mənfəət əldə edib və kapitalını gücləndirib

Sığorta bazarının dərinləşməsi, onu maliyyə sektorunda əsas institutsional investorlardan birinə çevirir.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əks olunub.

Hesabat ilində sığorta sektorunun maliyyə göstəriciləri yaxşılaşıb, inklüzivlik səviyyəsi və bazarın dərinliyi artıb. 2024-cü ildə sığorta haqları əvvəlki illə müqayisədə 11% artaraq 1.4 mlrd. manata çatıb, sığorta ödənişləri isə 26% artaraq 737 mln. manata yüksəlib. Bu göstəricilər sığorta sektorunun yüksək mənfəət əldə etdiyini göstərir.

Bundan əlavə, sektorun məcmu kapitalı tələb olunan kapitalı 1.9 dəfədən çox üstələyir, bu da onun maliyyə dayanıqlığının gücləndiyini nümayiş etdirir.

Fuad Mədətov
Finss.az