SIĞORTA

06 Fevral

Azərbaycanda yüklərin sığortası üzrə ödənişlər 8 dəfədən çox artıb

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yüklərin (nəqliyyat) sığortası üzrə yığımların həcmi 7 milyon manatı ötüb.

Fins.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Yüklərin (nəqliyyat) sığortası – malların bir nəqliyyat vasitəsi ilə daşınması zamanı onların mümkün zədələnməsi, itməsi və ya oğurlanmasına qarşı maliyyə qoruması təmin edən sığorta növüdür.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 1,7 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 5,3 milyon manat və ya 4 dəfə az olub.

Ötən il yüklərin sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 1,02 milyon manat və ya 17,1% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 1,5 milyon manat, yaxud da 8,4 dəfə çox olub. Belə ki, 2023-cü ildə yüklərin sığortası üzrə yığımların həcmi 5,98 milyon manat, ödənişlərin həcmi isə 210 min manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Fuad Mədətov
Fins.az