SIĞORTA

30 Mart

Maliyyə və sığorta fəaliyyəti sahəsinə investisiya qoyuluşu azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində əsas kapitala 7,4 milyon manat investisiya yönəldilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 41,2% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə maliyyə və sığorta fəaliyyəti sahəsində əsas kapitala 12,6 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 0,4%-ə bərabər olub.