Son üç il ərzində əmlak və həyat sığortası üzrə bağlanmış müqavilələrin sayı açıqlanıb.
Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bəyan edib.
"Son üç ildə bağlanmış sığorta müqavilələrinə nəzər yetirdikdə, 40,661 əmlak sığortası müqaviləsi bağlanıb. Həyat sığortası üzrə isə bu göstərici 17,750-yə bərabərdir.
Eyni dövr ərzində İKZF vəsaiti ilə verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 16,4 min əmlak qiymətləndiricilər tərəfindən qiymətləndirilib," - deyə Rasim Abdullayev bildirib.
Fuad Mədətov
Fins.az