SIĞORTA

23 Dekabr

PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN ödəniş etdi

PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN sığorta ödənişi həyata keçirib. Belə ki, sığortalı şəxsin mənzili qısaqapanma nəticəsində yaranan yanğında ciddi ziyana məruz qalmışdı. PAŞA Sığorta şirkəti tərəfindən bu hadisəyə görə sığortalıya 16 572 AZN sığorta haqqı ödənilib.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Fins.az