Sığortahaqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175,7 milyon manat, özəl tibb müəssisələrinə isə 60,3 milyon manat (ümumi 236 milyon manat) vəsait ödənilib.
Fins.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, dövlət tibb müəssisələrinə müraciətlərin sayı 3,8 milyonu, özəl tibb müəssisələrinə müraciətlər isə 208 mini keçib.
"Bu göstəricilər sığorta sisteminin maliyyə dayanıqlığını və tibbi xidmətlərə əlçatanlığın daha da gücləndiyini göstərir", - deyə o əlavə edib.
Fuad Mədətov
Fins.az