SIĞORTA

17 Dekabr

İcbari tibbi sığorta çərçivəsində 52% əhali tibbi xidmətlərdən yararlanıb

2024-cü ilin 11 ayı ərzində 248,6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.

Fins.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.

"Ümumilikdə əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu, hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir", - deyə o əlavə edib.

Fuad Mədətov
Fins.az