SIĞORTA

10 Mart

Azərbaycanda icbari sığorta ödənişləri 1,9% artıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən icbari sığorta ödənişlərinin həcmi 10,1 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 1,9% çoxdur.

2024-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilmiş icbari sığorta ödənişlərinin həcmi 8,2 milyon manat olub.

Fuad Mədətov
Finss.az