SIĞORTA

13 Dekabr

Mərkəzi Bank daha iki sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxsə sığorta agenti fəaliyyətinə dair verdiyi lisenziyaları ləğv edib.

Bu barədə Fins.az AMB-yə istinadən xəbər verir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bank 10 sığorta agentinin lisenziyasını ləğv etmişdi.

Fuad Mədətov
Fins.az