Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası üzrə ödənişlərin həcmi 29,1 milyon manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 milyon manat, yaxud da 34,7% çoxdur.
2024-cü ilin ilk ayında Azərbaycanda həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 21,6 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az