SIĞORTA

04 Mart

Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta haqları 8,8% artıb

Cari ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta haqları 85 milyon manat olub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 milyon manat və ya 8,8% çoxdur.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta haqqları 78,1 milyon manat olub.

Fuad Mədətov
Finss.az