SIĞORTA

09 Dekabr

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb.

Bu barədə Fins.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilk 11 ayında Muxtar Respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 3,9 milyon manatdan çox olub.

Qeyd olunub ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 16,7 faiz artıb və 25,6 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az