SIĞORTA

09 Dekabr

"Azerspace-1" peykinin sığorta dəyəri açıqlandı

“Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması üçün sərf olunacaq vəsaitin həcmi məlum olub.

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) bu istiqamətdə hazırlıqlara başlayıb.

Agentlik, peykin bir illik orbitdə sığortalanmasının 2.040.000,00 AZN (2 milyon 40 min manat) təşkil edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, müqavilənin müddəti bir ildir və bu müddət 2025-ci ilin fevralın 1-dən 2026-cı ilin fevralın 1-nə qədər olan dövrü əhatə edir. Sığorta olunacaq əmlakın dəyəri isə 53 milyon ABŞ dollarıdır.

Fuad Mədətov
Fins.az