SIĞORTA

27 Fevral

Aqrar Sığorta Fondu bitkiçilik və arıçılıq sahələrini sığorta çərçivəsinə alacaq

Aqrar Sığorta Fondu mərhələli və ehtiyatlı şəkildə inkişaf edir. 2025-ci il üçün fəaliyyət planlarımızda arıçılıq təsərrüfatlarının sığortalanması nəzərdə tutulub.

Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bitkiçilik məhsulları üzrə sığorta çərçivəsində hazırda 41 növdən daha çox bitkini əhatə etmək hədəflənir.

Sədr vurğulayıb ki, bütün bu addımlar mərhələli şəkildə həyata keçiriləcək və bu proses çərçivəsində xüsusi təlimlər təşkil olunacaq.

Fuad Mədətov
Finss.az