Son 5 ildə aqrar sığorta bazarında toplanan vəsait 788,9 dəfə artaraq 14,2 milyon manata çatıb.
Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun Beynəlxalq Əməkdaşlıq və Tədqiqatlar Şöbəsinin müdiri Azər Məmmədov "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə bu rəqəm cəmi 18 min manat idi və ödənişlər edilməmişdi, lakin 2024-cü ilə gəldikdə, sığorta haqqı 14,2 milyon manata yüksəlib və sığorta ödənişlərinin həcmi 6,4 milyon manat təşkil edib.
A.Məmmədov qeyd edib ki, son 20 ildə iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərin baş vermə tezliyi xeyli artıb. Dolu hadisələrinin tezliyi 3 dəfə, daşqınların sayı 12 dəfə, şiddətli küləkli günlərin sayı isə 18 dəfə artıb. Bu dəyişikliklər, aqrar sığortanın vacibliyini bir daha göstərir.
2002-ci ildə qəbul edilən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun hələ də tam formalaşmamışdı, ancaq 2019-cu ildə “Aqrar sığorta haqqında” qanunun qəbul edilməsi və 2020-ci ildən sonra sistemin fəaliyyətə başlaması, aqrar sığortanın inkişafını sürətləndirib və bu sahədə ciddi artımın başlanğıcını qoyub.
Fuad Mədətov
Finss.az