SIĞORTA

26 Fevral

Aqrar sığorta mexanizminin əhəmiyyəti artıb: Azərbaycanda 20 il ərzində artan təbii fəlakətlər

Son 20 il ərzində Azərbaycanda təbiət hadisələri 3 dəfədən çox artıb.

Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun Beynəlxalq Əməkdaşlıq və Tədqiqatlar Şöbəsinin müdiri Azər Məmmədov "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində dolu hadisələri 3 dəfə, daşqın hadisələri 12 dəfə, şiddətli küləkli günlər və qasırğalar üzrə isə 18 dəfə artım müşahidə edilib. Bu dəyişikliklər, iqlim dəyişikliyinin aqrar sektora olan təsirini göstərir və buna qarşı sığorta mexanizminin daha da əhəmiyyətli olduğunu ortaya qoyur.

A.Məmmədov əlavə edib ki, Aqrar Sığorta Fondunun fəaliyyət sahəsi bitkiçilik, heyvandarlıq və aqrokultura məhsullarını əhatə edir. İqlim dəyişikliyinin yaratdığı artan təbii fəlakət risklərinə qarşı aqrar sığorta mexanizminin gücləndirilməsi, kənd təsərrüfatının davamlılığı və iqtisadiyyatın sabitliyi üçün vacibdir.

Fuad Mədətov
Finss.az