MÜSAHİBƏ

19 Fevral

Azərbaycanda sığorta sektorunda qadınların iş qüvvəsindəki payı 43%-ə yüksəlib

Sığorta sektorunda qadınların iş qüvvəsindəki payı 43%-ə çatıb.

Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumatlara görə, sığorta sektorunda qadınların təmsilçiliyi daha yüksəkdir.

Ümumilikdə, sığorta sektorunda qadınlar işçi heyətinin 43%-ni, son 12 ayda isə 47%-ni təşkil edir. Bu da sektorda gender bərabərliyinin inkişafına müsbət təsir göstərir.

Departament və şöbə rəhbərləri səviyyəsində qadınların təmsilçiliyi 31%-dir, İdarə Heyəti və Daxili Şura (DŞ) səviyyəsində isə müvafiq olaraq 14% və 23% təşkil edir.

Fuad Mədətov
Finss.az