SIĞORTA

18 Fevral

Azərbaycanda zəlzələ risklərinin yalnız 10%-i sığortalanır

Azərbaycanda zəlzələ risklərinin sığortalanma səviyyəsi cəmi 10%-dir.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sənaye Sığorta ASC-nin Müşahidə Şurasının sədri Rəşad Əhmədov katastrofik risklərin idarə edilməsinin vacibliyinə diqqət çəkib.

O, bildirib ki, Türkiyədəki böyük zəlzələlər zamanı dövlət böyük maliyyə yükü ilə üzləşib, çünki sığorta ödənişləri ümumi zərərin yalnız çox kiçik bir hissəsini əhatə edib. Məsələn, 2023-cü ildə Kahramanmaraş zəlzələsində qeydə alınan 105 milyard dollarlıq zərərin yalnız 5 milyard dolları sığorta şirkətləri tərəfindən qarşılanıb.

Azərbaycanda vəziyyət daha da risklidir:

  • Sığortalanmayan risklərin payı 90%-ə çatır.
  • Zəlzələ zamanı dövlətin hansı mənbədən vəsait tapacağı qeyri-müəyyəndir.
  • Bakıda son 20 ildə tikilən çoxsaylı obyektlər potensial risk altındadır.

Fuad Mədətov
Finss.az