SIĞORTA

27 Noyabr

Növbəti il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri məlum olub

Növbəti il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri məlum olub.

Fins.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, fondun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

- İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.