SIĞORTA

14 Fevral

Banklar kredit həyat sığortasından 20 milyon manat mənfəət gözləyir – Rüstəm Məmmədov

Bankların kredit həyat sığortası üzrə böyük potensialı var.

Finss.az xəbər verir ki, “PAŞA Həyat” Sığorta şirkətinin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov bu barədə Azərbaycan Maliyyə Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təkcə istehlak kreditləri üzrə kredit həyat sığortasından banklar 2025-ci ildə 20 milyon manat mənfəət əldə edə bilər.

"Xarici təcrübədən də görünür ki, yığım həyat sığorta məhsulları uzunmüddətli və mürəkkəb məhsullar olduğu üçün bank kanalı ilə daha çox satış edilir. Biz də bu tipli sığorta məhsulları üzərində işləyirik və bu il, eləcə də gələn il yeni məhsullar təqdim ediləcək", – deyə Rüstəm Məmmədov vurğulayıb.

Ekspertin fikrincə, bankların sığorta məhsullarının satışında aktiv iştirak etməsi onların gəlir imkanlarını genişləndirməklə yanaşı, müştərilər üçün də əlavə təhlükəsizlik təmin edir.

Fuad Mədətov
Finss.az