SIĞORTA

27 Noyabr

PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib

PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 14 850 AZN sığorta ödənişi həyata keçirib. Belə ki, Tərtər şəhərində yaşayan sığortalı şəxsin mənzili yanğın nəticəsində böyük zərərə məruz qalmışdı. PAŞA Sığorta tərəfindən sığorta təminatı 15 000 AZN olan bu mənzilə sığorta məbləğinin 14 850 AZN-i ödənilib.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.

 

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Fins.az