SIĞORTA

14 Fevral

Azərbaycanda ölüm halından könüllü sığorta ödənişləri artıb

2024-cü ildə Azərbaycanda ölüm halından könüllü sığorta ödənişləri 2 milyon 646 min manat təşkil edib.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 616 min manat və ya 30% artıb.

2023-cü ildə bu rəqəm 2 milyon 030 min manat olmuşdu.

Zərərlilik göstəricisi isə son bir ildə 2% artaraq 8%-ə çatıb.

Fuad Mədətov
Finss.az