Azərbaycanda 2024-cü il üzrə işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə yığımlar 804 min manat təşkil edib.
Fins.az-ın məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min manat və ya 10% azalma deməkdir. 2023-cü il ərzində bu göstərici 894 min manat olub.
2024-cü ilin hesabat dövründə işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə heç bir ödəniş edilməyib.
Fuad Mədətov
Fins.az