SIĞORTA

11 Fevral

Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortasında ödənişlər 87% artıb

2024-cü ilin yanvar-oktyabr aylarında fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə ödənişlər 329 min manat təşkil edib.

Fins.az-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 153 min manat və ya 87% artım olduğunu göstərir.

2023-cü ilin eyni dövründə bu məbləğ 176 min manat olub. Zərərlilik göstəricisi isə 6% təşkil edib ki, bu da ötən il ilə müqayisədə 2% artım deməkdir. 2023-cü ildə zərərlilik göstəricisi 4% idi.

Fuad Mədətov
Fins.az