SIĞORTA

10 Fevral

Azərbaycanda xaricə səfər edənlər üçün könüllü sığorta ödənişləri 20% azalıb

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə ödənişlərin ümumi məbləği 650 min manat təşkil edib.

Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 107 min manat və ya 20% azdır.

Zərərlilik göstəricisi isə 12% təşkil edib, bu isə 2023-cü ildən 3% artım olduğunu göstərir, çünki 2023-cü ildə zərərlilik göstəricisi 9% olub.

Fuad Mədətov
Fins.az