Azərbaycanda 2024-cü ilin yanvar-sentyabr ayları üzrə işin dayanması ilə bağlı könüllü sığorta üzrə yığımların həcmi açıqlanıb.
Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə işin dayanması ilə bağlı könüllü sığorta üzrə yığımlar 481 min manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 min manat və ya 8% artım göstərir.
2023-cü ilin yanvar-sentyabr aylarında isə bu göstərici 446 min manat olmuşdu. Həmin dövr ərzində işin dayanması ilə bağlı könüllü sığorta ödənişləri edilməyib.
Fuad Mədətov
Fins.az